"Bu, mənim üçün ən böyük hədiyyədir"

Tanınmış meyxanaçı Ağamirzə (Məmmədov) özünə Kərbəladan kəfən gətirtdiyini və qəbrini qazdırdığını açıqlayıb. O, özünə verdiyi bu hədiyyənin həyatın ən əhəmiyyətli hədiyyəsi olduğunu bildirib.

"Bu, mənim üçün ən böyük hədiyyədir"
Ağamirzə Məmmədov
reklam

Tanınmış meyxana ustadı Ağamirzə (Məmmədov) son zamanlar özünə aldığı hədiyyə ilə gündəmdədir. O, "ATV" kanalında yayımlanan "Rəngarəng" verilişində verdiyi açıqlamada, Kərbəladan özünə kəfən gətirtdiyini və qəbrini qazdırıb hazır saxladığını bildirib.

"Mənim üçün ən böyük hədiyyə budur. Qəbrimi qazdırmışam, hazırdır. Kərbəladan özüm üçün kəfən gətirtdim. Bu, mənim şəxsi işimdir. Həyatda qalan hər şey keçicidir, amma bu mənim üçün ən önəmli şeydir. Yeni il gecəsi hər kəs fişənglərə baxmağa gedərkən, biz xanımla evdə namaz qılıb Allaha şükür etdik," – deyə Ağamirzə bildirib.