Yeganə Mürsəlova "TikTok"-dakı videolarını sildi

Müğənni Yeganə Mürsəlova TikTok-da yayımladığı videolarını silib. O, bu qərarını "Qonaqcanlı" verilişində izah edib, sosial şəbəkədəki populyar videolarının baxış sayı ilə razı olmadığını bildirib.

Yeganə Mürsəlova "TikTok"-dakı videolarını sildi
Yeganə Mürsəlova
reklam

Müğənni Yeganə Mürsəlova, "Qonaqcanlı" verilişində TikTok-da yayımladığı videolarını silməsindən bəhs edib. O, bir müddət əvvəl sosial şəbəkədə yumor xarakterli videolar paylaşdığını və bu videoların 2-3 milyon baxış sayına çatdığını qeyd edib. Lakin, sonradan bu videoları silmək qərarına gəlib: "Gördüm ki, mənlik deyil" - deyə, Yeganə açıqlayıb.

Qeyd edək ki, Yeganə Mürsəlova, Türkiyə vətəndaşı Fatih Akbudakla ailəlidir və cütlüyün bir oğul övladı var.