"Ərimə deyirəm ki, sanki səni mən doğmuşam"

Müğənni İradə İbrahimova qidalanma vərdişləri, həyat tərzi və ailəsi ilə bağlı açıqlamalar verib. O, hər gün 40 dəqiqə yeriməyə çalışdığını, sirkəli su içdiyini və 18:00-dan sonra yemək yemədiyini bildirib. Xasiyyətinin dəyişkən olduğunu vurğulayan sənətçi ailədə bütün yükün qadının üzərinə düşdüyünü düşündüyünü qeyd edib. O, Türkiyədən Azərbaycana köçməyi isə hazırda planlaşdırmadığını bildirib.

"Ərimə deyirəm ki, sanki səni mən doğmuşam"
İradə İbrahimova
reklam

Müğənni İradə İbrahimova sağlam həyat tərzi və ailəsi ilə bağlı maraqlı açıqlamalar verib. Sənətçi "Sabahın xeyir, Azərbaycan!" verilişində iştirak edərək qidalanma və formda qalma sirrlərini bölüşüb.

"Elə bir gün yoxdur ki, sirkəli su içməyim. Oyandıqdan sonra dərhal yemək yemirəm. 18:00-dan sonra yalnız qonaqlıq varsa, o zaman qidalanıram və daha yemək yemirəm. Hər gün özümü 40 dəqiqə yeriməyə məcbur edirəm. Kitab oxumaq isə mənim üçün vazkeçilməzdir" – deyə, müğənni bildirib.

Xasiyyətindən danışan İbrahimova, sərt bir insan olduğu fikri ilə razılaşmadığını qeyd edib:
"Deyirlər ki, sərt ana və həyat yoldaşıyam, amma mən bunu qəbul etmirəm. Ruh halım dəyişkəndir. Bəzən qəhqəhə ilə gülürəm, bəzən isə kövrəlirəm. Qadın ailədə huzuru yaradan tərəfdir. Hətta həyat yoldaşıma zarafatla deyirəm ki, sanki səni mən doğmuşam. Onun bir baxışından nə demək istədiyini anlaya bilirəm."

Sənətçi hörmətsizlik və laqeyidlik gördüyü zaman susmadığını da vurğulayıb:
"Hörmətsizlik qarşısında susa bilmirəm. Heç kimə sərhədimi keçməyə icazə vermirəm – istər həyat yoldaşım, istərsə də ailə üzvlərim olsun."

İradə İbrahimova Türkiyədən Azərbaycana köçmək barədə planlarının olmadığını da qeyd edib:
"Hazırda belə bir fikrim yoxdur. Amma həyat sürprizlərlə doludur, gələcəkdə nə olacağını bilmək olmaz."

Qeyd edək ki, İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk iş adamı Ceyhun İzər ilə ailə həyatı qurub. Cütlüyün İpəkƏli adlı iki övladı var. Hazırda ailəsi ilə birlikdə İstanbulda yaşayır.

reklam
reklam