“1 həftə həmin pulları geri qaytarmaqla məşğul olduq”

Müğənni Xatirə İslam ad günü məclisində ona verilən pulları geri qaytardığını bildirib. Onun sözlərinə görə, qonaqların rahatlığını düşünərək hədiyyələri qəbul etməyib.

“1 həftə həmin pulları geri qaytarmaqla məşğul olduq”
Xatirə İslam
reklam

Müğənni Xatirə İslam qonaq olduğu televiziya proqramında keçirdiyi ad günü məclisindən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi gecə boyu ona çoxlu pul hədiyyəsi edildiyini, lakin bunları geri qaytardığını bildirib.

"Köməkçilərim 1 həftə dayanmadan pul qaytarıblar. Kimsə gəlib paket verib ki, Xatirə xanım özünə nəsə alsın. Hamısını qaytardım. İnsanları narahat etmək istəmirəm, çətindir. İstəyirəm ki, ad günümə gələnlər yesin, içsin, dincəlsin. Gəlib istirahətin pulunu ora qoyursansa, nə oldu?" - deyə müğənni vurğulayıb.

Xatirə İslamın bu jesti izləyiciləri tərəfindən müsbət qarşılanıb. Onun qonaqların rahatlığını düşünməsi və hədiyyələri qəbul etməməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.