Elvin Abdullayev: 'Artıq aramızda qısqanclıq yoxdur'
Müğənni Elvin Abdullayev həyat yoldaşı Afət Abdullayevadan danışıb. Sənətçi, "Qonaqcanlı" verilişində ailəsi haqqında paylaşım etməkdən çəkinmədiyini bildirib. Onun sözlərinə görə, sosial şəbəkədə ailəvi şəkillərini paylaşmaq 21-ci əsrin tələbi olaraq sıradan bir haldır.
"İlk vaxtlar qısqanclıq var idi, amma indi övladımız var. Zaman keçdikcə, ər-arvad arasında qısqanclıq azalır. Ətrafımda artıq belə məsələlərlə bağlı problem yaşayan cütlüklər yoxdur. Həm həyat yoldaşım, həm də mən iş adamı olaraq həyatımızı yaşayırıq. Bizim mədəniyyətimizdə isə əsas önəmli olan övladdır", - deyə Elvin Abdullayev əlavə edib.