Alsu Bakıda Konsert Verəcək, Erməni Reaksiyaları Başladı
Məşhur tatar müğənnisi Alsu, 14 fevralda Bakıda verəcəyi konsertlə bağlı paylaşım edib. Paylaşımına ermənilərdən sərt reaksiyalar gəlib, onlar müğənninin Bakıdakı konsertini düzgün hesab etmədiklərini bildiriblər. Alsu isə gələn rəylərə reaksiya verməyib.
Məşhur tatar müğənnisi Alsu, 14 fevralda Bakıda verəcəyi konsertlə bağlı sosial şəbəkələrdə paylaşım edib. Müğənni Bakı Konqress Mərkəzində Sevgililər günü münasibətilə səhnəyə çıxacaq.
Bununla bağlı ermənilərdən sərt reaksiyalar gəlib. Onlar Alsunun Bakıda konsert verməsini düzgün hesab etmədiklərini bildirərək, absurd şərhlər veriblər. Alsu isə yazılan rəylərə reaksiya verməyib.