"Atam vəfat edəndə başının üstündə mahnı oxudum"

Müğənni Ramal İsrafilov, atası Yaqub İsrafilovun vəfatı ilə bağlı acı anlarını "Gün Ortası" verilişində danışıb. O, atasının başının üstündə xüsusi bir mahnı oxuduğunu və bu anın ona rahatlıq verdiyini bildirib.

"Atam vəfat edəndə başının üstündə mahnı oxudum"
Ramal İsrafilov
reklam

Müğənni Ramal İsrafilov, atası Yaqub İsrafilovun vəfatı ilə bağlı xatirələrini "Gün Ortası" verilişində bölüşüb. O, atası dünyasını dəyişərkən ona xüsusi bir mahnı oxuduğunu qeyd edib. Ramal, Qənirə Paşayevanın sözlərinə yazdığı "Qapını aç, bu quluna, ey Rəbbim! ..." adlı mahnısını atasının başının üstündə oxuduğunu söyləyib. Bu anın ona rahatlıq verdiyini və ölümdən qorxmadığını bildirib. Hər səhər oyananda Allaha dua etdiyini və güc istədiyini əlavə edib.

Ramal İsrafilovun atası, tanınmış xanəndə Yaqub İsrafilov iki il əvvəl vəfat edib.