"Banu" Günel ölüm xəbərlərinə reaksiya verdi!

Bir müddətdir efirdən uzaqlaşan və "Banu" verilişi ilə tanınan aparıcı Günel Həsənzadənin ölüm xəbəri sosial şəbəkələrdə yayılıb. Lakin Türkiyədə yaşayan aparıcı yayılan məlumatların yalan olduğunu bildirib. O, sağ olduğunu vurğulayaraq, narahat olan hər kəsə təşəkkür edib.

"Banu" Günel ölüm xəbərlərinə reaksiya verdi!
Günel Həsənzadə
reklam

Sosial şəbəkələrdə bir zamanlar *"Space TV"*də yayımlanan "Banu" verilişinin aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.

Lakin Türkiyədə yaşayan aparıcı yayılan iddiaları təkzib edib. O, jurnalistlərə açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib:

"Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəqin ad və soyadımız eynidir. Ölən hər kimdirsə, Allah rəhmət eləsin. Məni unutmayan və narahat olan hər kəsə təşəkkür edirəm."

Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyədə yaşayır.

Bəzi mənbələr Günel Həsənzadənin xərçəng xəstəliyindən müalicə aldığını və son olaraq Londona yollandığını iddia etsə də, bu məlumat təsdiqini tapmayıb. Aparıcının yaxınları da yayılan ölüm xəbərini yalanlayıblar.

reklam
reklam