"Biz ad olsun deyə, ailə deyilik" -Qumral
Müğənni Qumral "Tarixin bir günü" verilişində diqqət çəkən açıqlama verib. O, həyat yoldaşı ilə münasibətləri və ailə dəyərləri haqqında danışıb.
Müğənni Qumral "Tarixin bir günü" verilişində diqqət çəkən açıqlama verib. Həyat yoldaşı barədə danışan sənətçi, onun hər zaman yanınd olduğunu və onunla birlikdə hər yerə getdiyini bildirib. Qumral, bəzi sənətçilərin ərləri olsa da, sərbəst şəkildə kişi məclislərinə getdiklərini qeyd edərək, "Hərənin bir xarakteri var. Yoldaşım getdiyim yerdə mənimlə içəri girib oturur," deyə əlavə edib.
Qumral, bir çox ailənin birlik və ailə dəyərlərindən uzaq olduğunu qeyd edib: "O qədər ailələr tanıyıram ki, ailə, birlik yoxdu, evin içində ev yoxdur. Biz ad olsun deyə, ailə deyilik," deyə vurğulayıb. O, həmçinin, geyim məsələsinə toxunaraq, "Söhbət geyimdən getmir. Bədənim varsa, geyinirəm. Sizin kimi piş işlərlə məşğul olmuram. Ərim yanımda dayanıb," deyə açıqlama verib.