İldən ilə 8 yaş qocalan TikTok fenomeni dünyasını dəyişdi

Cənubi Afrikalı "TikTok" ulduzu Beandri Boysen, nadir progeriya xəstəliyindən əziyyət çəkərək 19 yaşında həyatını itirdi. Beandri, hər il səkkiz yaş qocalan bədəni ilə dünya miqyasında tanınmış və sosial şəbəkələrdə ilham verici paylaşımlar etmişdi.

İldən ilə 8 yaş qocalan TikTok fenomeni dünyasını dəyişdi
Beandri Boysen
reklam

Cənubi Afrikada yaşayan "TikTok" fenomeni Beandri Boysen, nadir progeriya xəstəliyi ilə mübarizə apararaq 19 yaşında vəfat edib. Onun bədən yaşı isə 152 olub. Bu barədə məlumatı Beandrin anası yayıb. O, paylaşımında qızının dünya miqyasında minlərlə insana ilham verdiyini və progeriya ilə yaşayan uşaqlar üçün bir simvola çevrildiyini bildirib.

Beandrinin mübarizəsi insanlara ümid verib. O, "TikTok"da 269 min izləyicisinə sahiblənərək, nadir xəstəlik haqqında məlumatlılıq yaratmaq və çətin anlar yaşayanlara dəstək olmaq məqsədilə paylaşımlar edirdi. Həkimlər, Beandri 14 yaşından sonra uzun yaşamayacağını desələr də, o, 19 yaşına qədər yaşayıb. Beandri, həmçinin, osteoporozdan da əziyyət çəkirdi.

Hatçinson-Gilford progeriya sindromu, uşaqlarda sürətli qocalma prosesi yaradır. Dünyada bu nadir xəstəlikdən yalnız 200-ə yaxın uşaq əziyyət çəkir.