Elçin Cəfərov Azər Baxşəliyev haqqında danışdı
Müğənni Elçin Cəfərov mərhum dostu, aktyor Azər Baxşəliyevdən yanvarın 1-də son dəfə görüşdüyünü və son anlarını necə keçirdiklərini danışıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Müğənni Elçin Cəfərov mərhum dostu Azər Baxşəliyevin yanvarın 1-dəki son görüşü haqqında danışıb. Cəfərov bildirib ki, həmin gün dostları ilə bir araya gəlib, söhbət edib və gülüb. Lakin, görüşün sonunda Azər Baxşəliyev evə getmək qərarına gəlib və bir az dincəlmək istəyib.
"Elşən Orucov yanvarın 1-də təklif etdi ki, yığışaq çörək yeyək. Həm də Azərin məsələsi ilə bağlı ciddi maraqlanaq ki, görək məsələlər nə yerdədir. Həmin gün görüşdük, həmişəki kimi dedik-güldük. Müəyyən məsələləri də öyrəndik, Türkiyəyə getməli idi. Sonra dedik ki, birlikdə başqa yerə gedək və başımızı qataq. Azər dedi ki, evə gedim, bir az dincəlim, uzanım. Ağrısını da deyən adam deyildi. Bəstəkar Tərlan Məmmədhüseynov onu evə apardı. Axşam bu kədərli xəbəri eşitdik ki, komaya düşüb" – deyə Cəfərov bildirib.
Azər Baxşəliyev yanvarın 1-də beyin insultu keçirib və xəstəxanaya koma vəziyyətində yerləşdirilib. Yanvarın 2-də ürəyi dayanmış, lakin həkimlərin müdaxiləsilə ürək fəaliyyəti bərpa edilmişdi. Təəssüf ki, aktyor bir neçə gün süni tənəffüs aparatına qoşulmuş və yanvarın 5-də dünyasını dəyişmişdi.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox