Elza Seyidcahan yenidən ailə quracaq? –FOTO

Əməkdar artist Elza Seyidcahan yenidən ailə qurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, bu mövzuda konkret cavab verməsə də, gələcək üçün qapılarını açıq saxladığını qeyd edib.

Elza Seyidcahan yenidən ailə quracaq? –FOTO
Elz Seyidcahan
reklam

Əməkdar artist Elza Seyidcahan evlilik məsələsi ilə bağlı ona ünvanlanan suallara maraqlı cavab verib.

"Bəzi insanlar mənim yenidən ailə qurmağım üçün narahatdırlar. "Arşın mal alan" filmində deyilirdi ki, heç rəvadırmı bu cür gözəl bir xanım evdə tək qalsın?" – deyə sənətçi zarafatla bildirib.

O, yenidən ailə qurmaqla bağlı suala belə cavab verib:
"Mənim o cür sənətim, evdə ağıllı övladlarım var. Bu suala cavab verməkdən çəkinmirəm. Həyat davam edir və mən heç vaxt, heç vaxt demirəm."

Qeyd edək ki, Elza Seyidcahan daha əvvəl Elşən adlı bəylə ailəli olub. Cütlüyün Əkbər və Gülşən adlı iki övladı var.

reklam
reklam