Ferhat Göçer Mirzə Babayevin Mahnısını Oxudu
Türkiyənin məşhur müğənnisi Ferhat Göçer Azərbaycan musiqisini sevənlər üçün yeni bir ifa təqdim edib. O, mərhum Xalq artisti Mirzə Babayevin sevilən "Kimlər gəldi, kimlər getdi" mahnısını yeni aranjimanda səsləndirib. Mahnı "Nakam" adı ilə dinləyicilərə təqdim edilib.
