"Müğənnilər toyu kəsib, məni aş gətirməyə buraxırdılar"

Rəqqasə Fatimə Fətəliyeva, "Günaydın, Azərbaycan!" verilişində səsləndirdiyi xatirələrlə diqqət çəkdi. Müğənnilərlə keçirdiyi zamanları və anası üçün aldığı evi danışan sənətçi, çətin günlərindəki həyatını da bölüşdü.

"Müğənnilər toyu kəsib, məni aş gətirməyə buraxırdılar"
Fatimə Fətəliyeva
reklam

Rəqqasə Fatimə Fətəliyeva "Günaydın, Azərbaycan!" verilişində maraqlı xatirələrini bölüşüb. Sənətçi, keçmişdə müğənnilərlə birlikdə keçirdiyi zamanlardan bəhs edərək, "Gündə 15 restorana qaçırdım. Maşınım yox idi. Sürücü ilə gedirdim. Müğənnilərə yolda zəng edirdim ki, 'Vağzalı'nı verin. Müğənnilər toyu kəsib, məni aş gətirməyə buraxırdılar," deyə bildirib.

Fatimə həmçinin anası üçün aldığı evdən də danışıb. O, "Bilən bilir ki, çox imkanlı ailədə böyümüşəm. 19 yaşımdan sonra evimiz olmadı, vəziyyət pisləşdi. Anam deyirdi ki, görəsən burada evim olacaq? Anam harada ev istəyirdi, onu ona aldım," sözlərini əlavə edib.