"Günə 20 Manat Qazanan Kişi Sevməməlidir"

"Xəbərin var?" verilişində müğənni Sevinc Ağaşirinova qalmaqallı açıqlama verərək, maddi durumu zəif olan kişilərin sevgi və evliliyə hazır olmadığını bildirib. Bu fikir verilişdə gərgin mübahisəyə səbəb olub.

"Günə 20 Manat Qazanan Kişi Sevməməlidir"
Sevinc Ağaşirinova
reklam

"Xəbərin var?" verilişində "Əsl sevgi nədir?" mövzusu ətrafında aparılan müzakirə qalmaqala səbəb olub. Müğənni Sevinc Ağaşirinova çıxışı zamanı maddi cəhətdən zəif olan kişilərin sevib evlənməməli olduğunu bildirib:

"Pulsuz kişini anası belə sevmir. Qazanmırsa, sevməsin, evlənməsin!" – deyə müğənni fikrini açıq şəkildə ifadə edib.

Verilişin digər qonağı rəqqasə Fatimə Fətəliyeva isə bu fikri yumşaltmağa çalışsa da, Sevinc fikrindən dönməyib. Mübahisə zamanı tərəflər arasında gərgin anlar yaşanıb.