Həyat Yoldaşı Vəzifəli şəxs imiş
Müğənni Yeganə Mürsəlova şəxsi həyatı ilə gündəmdədir. Onun həyat yoldaşı Fatih Akbudakın İstanbulda Şişli bələdiyyəsində vəzifəli şəxs olduğu açıqlanıb.
Müğənni Yeganə Mürsəlova şəxsi həyatı ilə bir daha diqqətləri üzərinə çəkib. Sənətçinin həyat yoldaşı Fatih Akbudakın İstanbulun Şişli bələdiyyəsində çalışdığı məlum olub. Bu barədə "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu məlumat verib. O, Mürsəlovanın həyat yoldaşının Şişli bələdiyyəsində müdir vəzifəsində olduğunu açıqlayıb. Yeganə Mürsəlova da bu məlumatı təsdiqləyərək, həyat yoldaşının orada çalışdığını bildirib.