“İkinci evliliyim sayəsində tanındım”-FOTO

Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun bloger qızı Aysel Şükür ikinci evliliyinin ona tanınmaqda kömək etdiyini bildirib. O, ilk evliliyinə görə peşman olduğunu, lakin ikinci evliliyinin karyerasına təsir etdiyini etiraf edib.

“İkinci evliliyim sayəsində tanındım”-FOTO
Aysel Şükürova
reklam

Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun bloger qızı Aysel Şükür şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib.

O, sosial media hesabında evlilikləri barədə danışıb və ilk evliliyinə görə peşman olduğunu vurğulayıb:

"18 yaşımla danışa bilsəydim, özümə heç nəyə tələsmə, həyatını yaşa və qəti evlənmə deyərdim. Burada ilk evliliyim haqqında danışıram. Kaş ki, 18 yaşında evlənməzdim..." – deyə Aysel bildirib.

Bloger ikinci evliliyinə, yəni Oktay Əhmədovla olan münasibətinə görə isə peşman olmadığını etiraf edib:

"Bu evlilik sayəsində tanındım, səhifəm böyüdü. Uğursuz evlilik ola bilər, amma evlənməyimə peşman deyiləm. Sadəcə düzgün insan seçimi etməmişəm..." – deyə o əlavə edib.

Aysel Şükürün açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub.

reklam
reklam