İlhamə Quliyevanın ayaq problemlərinin səbəbi açıqlandı
Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Bəylərqızı sənətçinin səhhəti ilə bağlı bilinməyən məqamları açıqlayıb. O bildirib ki, İlhamə Quliyeva ayağına gel vurdurduqdan sonra ciddi sağlamlıq problemləri yaşamağa başlayıb. Müğənni həm şəkər, həm də ürək xəstəliyindən əziyyət çəkir və bu səbəbdən hər gün güclü ağrılara məruz qalırdı.
