Məşhur aktrisa evində ölü tapıldı
"Buffy the Vampire Slayer" və "Gossip Girl" serialları ilə tanınan məşhur aktrisa Mişel Traxtenberq 39 yaşında vəfat edib. O, Nyu-Yorkdakı mənzilində anası tərəfindən ölü tapılıb.

Aktrisanın yaxın zamanda qaraciyər transplantasiyası keçirdiyi və bunun fəsadlarının ola biləcəyi ehtimal edilir. Ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün tibbi ekspertiza aparılacaq.