Mətanət Əliverdiyevanın adından dələduzluq edildi
Aparıcı Mətanət Əliverdiyeva, adından pul yığan şəxs barədə xəbərdarlıq edib. Tanımadığı biri, dostlarına vatsap vasitəsilə yazaraq pul istəyib.
Aparıcı Mətanət Əliverdiyevanın adından dələduzluq edilib. Tanımadığı bir şəxs, onun dostlarına vatsap üzərindən yazaraq pul istəyib. Mətanət Əliverdiyeva bu hadisəni öz ısosial şəbəkə hesabnda paylaşaraq dostlarına xəbərdarlıq edib. O, mesajında "Mənim adımdan kimsə pul yığır. Vatsap və instaqramdan yazırlar, heç kim inanmasın" deyərək, həmçinin həmin şəxsin mobil nömrəsini də təqdim edib.
Bundan əvvəl oxşar hadisələr, rəqqasə Rəna Ağamuradova və aktrisa Pərvin Abıyevanın da başına gəlib.