"Mango"nun qurucusu İsak Andik faciəvi şəkildə həyatını itirdi
İspaniyanın məşhur "Mango" geyim brendinin qurucusu İsak Andik, Kataloniya bələdiyyəsindəki ekskursiya zamanı faciəvi şəkildə həyatını itirib. 71 yaşlı iş adamı 150 metr hündürlükdən yıxılaraq ölüb.
İspaniyanın məşhur geyim dizaynı və satışı şirkəti “Mango”nun qurucusu, 71 yaşlı iş adamı İsak Andik faciəvi şəkildə dünyasını dəyişib. O, ailəsi ilə birlikdə Kataloniya bələdiyyəsində ekskursiya zamanı 150 metr hündürlükdən yıxılıb. Hadisə nəticəsində ağır xəsarət alan Andik həyatını itirib.
İsak Andik, 1984-cü ildə Türk əsilli olaraq İspaniyada “Mango”nu qurmuş və bu brendi dünyanın ən tanınmış geyim markalarından biri halına gətirmişdi.