"Təranə Səmədova" mövzusunda efiri yarımçıq tərk etdi
Müğənni Musa Musayev "Tarixin bir günü" verilişində əsəbiləşərək efiri yarımçıq tərk edib. Bunun səbəbi aparıcı Tarix Əliyevin ona hazırda həbsdə olan prodüser Təranə Səmədova ilə bağlı sual verməsi olub. Musa verilişi tərk edərkən şəxsi münasibətləri və sosial şəbəkə mövzularına qarşı sərt etirazını bildirib.
