"Namiqin xoşuna gəlmir, amma nə edim..."-VİDEO

Xalq artisti Aygün Kazımova Namiq Qaraçuxurlu ilə münasibətindən danışıb. Onun sözlərinə görə, Namiqin zarafatlarından xoşu gəlmir, amma o, zarafat etməyi sevir.

"Namiqin xoşuna gəlmir, amma nə edim..."-VİDEO
Aygün Kazımova
reklam

Xalq artisti Aygün Kazımova "Tarixin bir günü" verilişində çıxışı zamanı duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətindən söz açıb.

Sənətçi bildirib ki, onun həyatında sevgisiz insan yoxdur və hər kəsi sevir:

"Həyatımda, qəlbimdə elə bir insan yoxdur ki, onu sevməyim. Hər kəsi sevirəm. Səhnəyə çıxanda sizin sevgi ilə qarşıma qaçmağınızın nəticəsi mənim sizə olan sevgimdir. Həmin sevgi enerjisini sizə ötürürəm."

Aygün Kazımova Namiq Qaraçuxurlu ilə münasibətinə də aydınlıq gətirib. O, meyxanaçıya yalnız dost kimi yanaşdığını və yalnız səhnədə bir araya gəldiklərini vurğulayıb:

"Namiqlə ancaq səhnədə görüşürəm. Bu yaxınlarda toyda idik. Bəy başladı oxumağa, Namiq dedi ki, hətta bəy oxudu. Dedim, Namiq sən eşqi, sevgini nə bilirsən? Bunlar içdən gəlir. Hər bir insanla fərqli həyat yaşayırsan, sənə və ona məxsus olur. Namiqə dost kimi yanaşıram."

Müğənni həmçinin Namiqin zarafatlarını bəyənmədiyini, lakin özünün meyxanaçı ilə zarafat etməyi xoşladığını etiraf edib:

reklam
reklam

"Namiqin zarafatlarımdan xoşu gəlmir. Amma mən Namiqlə zarafat etməyi xoşlayıram. Axırıncı dəfə bir zarafat etmişdim, Namiqin xoşu gəlməmişdi. Nə edim, Namiq, mən beləyəm."

Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlunun uzun illər davam edən duet ortaqlığı pərəstişkarları tərəfindən hər zaman maraqla qarşılanır.