Niyam Səlami: "Kül o A kateqoriyanın təpəsinə"
Müğənni Niyam Salami "Gün ortası" verilişində efirdə sərt tənqidlərə yol verərək, bəzi həmkarlarının geyim tərzini və özlərini "A kateqoriyalı" müğənni kimi təqdim etmələrini tənqid edib. Onun sözlərinə görə, mədəniyyətə və dinə uyğun olmayan geyimlər "razrezli" donlarla A kateqoriyasını yaratmaq mümkün deyil.
Müğənni Niyam Salami, "Gün ortası" verilişində qalmaqallı açıqlamalar verib. Efirdə sərt şəkildə danışan sənətçi, bəzi həmkarlarının "A kateqoriyalı" müğənni olaraq özlərini təqdim etmələrinə qarşı çıxıb.
Niyam, həmkarlarının "razrezli" donlarını və geyimlərini sərt tənqid edərək belə deyib: "Bir var normal yarıqlı geyimdə olasan, bir də var ki, əndazəni aşmış formada. 'Razrez'ləri haracan olur. Hər yerlərinizi açıq qoyub A kateqoriyası olacaqsınız? Kül o A kateqoriyanın təpəsinə. Sən xarici deyilsən, öz dinin və mədəniyyətin var. Çərçivədə işlər görə bilərsən. Özünü kateqoriyalı adlandıranlar gəlib burada hər janrda oxusun. O zaman danışmaqlara hüquqları olar".