"Nümunəvi ailə idik, amma ayrıldıq"

Aktyor Müşfiq Şahverdiyev ata qayğısı görmədiyini, lakin öz oğlunun bu sevgini hiss etməsi üçün çalışdığını bildirib. O, Ukraynada yaşayan oğlu və keçmiş həyat yoldaşı ilə münasibətini qoruduğunu deyib.

"Nümunəvi ailə idik, amma ayrıldıq"
Müşviq Şahverdiyev
reklam

Aktyor Müşfiq Şahverdiyev atasız böyüdüyünü, lakin övladına ata sevgisini yaşatmaq üçün əlindən gələni etdiyini bildirib.

"Atam rəhmətə gedəndə 5 yaşım var idi. Ata nədir, necə olur, onu yaşamamışam. Anam həm ana, həm də ata olub. Amma çalışıram ki, oğlum bu sevgini hiss etsin, ata qayğısını yaşasın," – deyə aktyor bildirib.

O, ayrıldığı həyat yoldaşı Aynurədən və Ukraynada yaşayan oğlu Muraddan danışıb:
"Oğlum artıq iki ildən çoxdur ki, Ukraynadadır. Ayrılıq təkcə mənim başıma gəlməyib, bu gün boşanmalar çoxalıb. Ailə həyatı quranda nümunəvi bir ailə idik. Dostlarım həmişə bizə baxıb fəxr etdiklərini deyirdilər. Ailəmlə vaxt keçirməyi çox sevirdim, səyahətlər edirdik, tez-tez Ukraynaya və Türkiyəyə gedirdik. Lakin bəzi səbəblərdən yollarımız ayrıldı."

Aktyor keçmiş həyat yoldaşı ilə dost münasibətini qoruduğunu və oğlunun böyüyüb məktəbə gedəcəyini bildirib:
"Oğlumla da, keçmiş həyat yoldaşımla da dost kimi söhbətləşirik. Murad artıq böyüyüb, bu il birinci sinfə gedəcək. Onu məktəbə yola salmaq üçün avqustda Ukraynaya gedəcəyəm."

Qeyd edək ki, Müşfiq Şahverdiyev 2017-ci ildə ailə həyatı qurub. Cütlüyün 2023-cü ildə boşandığı məlum olub. Onların bir oğul övladı var.

reklam
reklam