"O daşlardan özümə saray tikirəm"
Xalq artisti Aygün Kazımova illər sonra özünə böyük ev tikdiyini və bu yolda qarşılaşdığı çətinliklərdən danışdı. O, həmçinin yeni evinin layihəsi haqqında maraqlı açıqlamalar verib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Xalq artisti Aygün Kazımova uzun illər sonra özünə böyük ev tikdiyini açıqlayıb. Sənətçi, "Tarixin bir günü" verilişində qonaq olaraq həyatında çox önəmli olan bu layihədən danışıb.
O, deyib ki, illər boyu ona atılan tənqidlər və daşlardan sonra, özünü motivasiya edərək bu sarayı inşa edib: "Ünvanıma vaxtı ilə atılan həmin daşlardan özümə saray tikirəm. Qurban olduğum illərdən sonra nəhayət vətənimdən torpaq bəxş olundu. İndi burada öz studiyamı, evimi və qarderobumu tikirəm. Paltarlarımın bir çoxu artıq dağıdılmış vəziyyətdə idi, amma sonunda onları bir araya yığacağam. Skladlarımın bir hissəsi Heydər Əliyev İdman Kompleksində, digər hissəsi isə Kirstal Zalda idi. Nəhayət, hər şeyi bir yerə yığacağam, baxacağam və bütün layihələrimi bir daha nəzərdən keçirəcəyəm. Mənim statusumda bir müğənni özünə şərait qurmalıdır. Evinin və həyətinin qapısında isə öz loqom olacaq," - deyə Kazımova bildirib.
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox