ÖLÜM XƏBƏRİ YAYILDI - FOTOLAR
Müğənni Mansur Samedin beyninə qan sızdığı xəbərləri yayıldı və onun vəziyyəti ilə bağlı müxtəlif iddialar ortaya atıldı. Müğənninin köməkçisi isə bu iddialara aydınlıq gətirərək, hazırda vəziyyətlə bağlı ətraflı məlumat verdi.
Tanınmış müğənni Mansur Samedin ölüm xəbəri sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Müğənninin sağlamlıq vəziyyəti ilə bağlı iddialara aydınlıq gətirən köməkçisi Orxan Nəbizadə bildirib ki, Mansur hazırda xəstəxanada müalicə alır. “Beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilib. Hazırda onun yanına gedirik. Ölüm xəbərləri əsassızdır”, – deyə köməkçi qeyd edib. Müğənninin vəziyyəti ilə bağlı yeni məlumatların yaxın zamanda paylaşılacağı gözlənilir. Vəziyyətin ciddiliyi ilə əlaqədar həkimlərin nəzarəti davam edir.