Onu tənqid edənlərə cavab verdi

Plastik əməliyyat etdirdiyi üçün tənqid olunan Yağmur izləyicilərin reaksiyasına sərt cavab verib. O, əməliyyatın həm sağlamlıq, həm də estetik məqsədlə edildiyini bildirib.

Onu tənqid edənlərə cavab verdi
Rəqsanə İsmayılovanın qızı
reklam

Müğənni Rəqsanə İsmayılovanın qızı Yağmurun Moskvada burun əməliyyatı etdirməsi sosial mediada müzakirələrə səbəb olub.

İzləyicilər onun görünüşünü dəyişdirməsini tənqid edərək müxtəlif şərhlər yazıblar. Bunun qarşısında susmayan Yağmur, səbəblərini açıqlayıb:

"Uşaqlıqdan burnumda qırıq var idi və nəfəs almaqda çətinlik çəkirdim. Bundan əlavə, illərdir mənə görünüşümlə bağlı tənqidi şərhlər yazırdınız. İndi isə əməliyyat etdirdiyim üçün qınayırsınız. Bu, hər kəsin şəxsi seçimidir."

Gənc müğənni hər kəsin öz bədəninə dair qərar vermək hüququnun olduğunu vurğulayaraq, tənqidlərə sərt reaksiya göstərib.