"Qadınlar alimentə görə boşanır deyənlər vicdansızdır"

Aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində bəzi insanların qadınların aliment üçün boşandığını iddia etməsini sərt tənqid edib. O, alimentin uşaqlar üçün nəzərdə tutulduğunu və bunun ciddi bir məbləğ olmadığını bildirib. Aparıcının fikirlərinə həmkarı Mehman Rəsulov isə fərqli yanaşaraq, bu fikrin sosial şəbəkələrdə geniş yayılmasını vurğulayıb və cəmiyyət daxilində kişi-qadın qarşıdurmasının travma yaratdığını qeyd edib. Səfərova isə sosial medianın real həyatdan uzaqlaşdırdığını bildirib.

"Qadınlar alimentə görə boşanır deyənlər vicdansızdır"
Aytən Səfərova
reklam

Aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində aliment mövzusuna toxunaraq, "Qadınlar alimentə görə boşanır" fikrini səsləndirənləri vicdansız adlandırıb.

"Elə bil ki, qadınlara dağları verirlər. Aliment sizin övladınız üçündür. Uşaq özü-özünə böyümür, yeməyə, içməyə, nəqliyyata ehtiyacı var. Qadınlar aliment üçün boşanır deyənlər vicdansızdır," – deyə aparıcı vurğulayıb.

Onun bu fikirlərinə isə aparıcı Mehman Rəsulov fərqli yanaşıb: "Bunu bir-iki nəfər yox, çox adam deyir. Sosial şəbəkələrdə bu mövzuda geniş müzakirələr aparılır. Hamını vicdansız adlandırmaq olmaz. Cəmiyyət daxilində qadın-kişi qarşıdurması yalnız travmaya səbəb olacaq."

Aytən Səfərova isə sosial medianın real həyatdan uzaqlaşdırdığını bildirərək, "Real həyatda daha çox işimiz var. Əvvəllər insanlar küçələrdə avaralanırdılar, indi isə sosial mediada" sözlərini əlavə edib.