"Qayınanam Mənə Analıq Edir"
Müğənni Kərim Abbasov "Xəzər axşamı" proqramında qayınanasından danışaraq marağa səbəb olub. İfaçı, həyat yoldaşının anasının ona analıq etdiyini, onu çox sevdiyini və şanslı olduğunu bildirib.
Kərim, "Qayınanam deməyim, o mənim anamdır. O həmişə mənə ana olub," deyərək, qayınanasının ona qarşı heç vaxt mənfi davranmadığını vurğulayıb. Kərim Abbasov, ilk evliliyi prodüser Təranə Səmədova ilə olmuş, daha sonra qalmaqallı şəkildə boşanmışdır. İkinci dəfə Təranə adlı xanımla evlənərək Yusif adlı övladları dünyaya gəlib.