Repçi Qurdun Həyat Yoldaşı Ayrılıq Şayiələrinə Aydınlıq Gətirdi - VİDEO
Repçi Qurdun həyat yoldaşı Leyla Eminova sosial mediada izləyicilərinin ayrılıqla bağlı suallarını cavablandırıb. Leyla, həyat yoldaşı Fərid Eminovla birgə olmasa da, ona daim dəstək olduğunu vurğulayıb və ailələrindəki xüsusi münasibətə diqqət çəkib.
Repçi Qurd kimi tanınan Fərid Eminovun həyat yoldaşı Leyla Eminova sosial mediada ayrılıqla bağlı yayılan şayiələrə cavab verib. Sosial şəbəkədə izləyicilərinin suallarını cavablandıran Leyla Eminova, həyat yoldaşı ilə birgə fotolarını paylaşaraq onunla ayrılmadığını bildirib.
Leyla Eminova paylaşımında, həyat yoldaşının işindən dolayı bəzən birgə görünmədiklərini belə izah edib:
"Hər dəfə yazırsınız ki, "Ayrılmısınız... Sizi bir yerdə görmürük". Mənim sevib-seçdiyim insan bu ölkənin vətəndaşlarının xoş günlərində yanında olmalıdır. Mən elə olur qohum-dostların toyuna, yasına da onun əvəzinə gedirəm. Bir çox ailədən fərqli olaraq biz matəm günlərində bir-birimizlə vaxt keçirmə imkanı tapırıq."
Xatırladaq ki, Leyla Eminova və Fərid Eminov 2021-ci ilin noyabr ayında ailə həyatı qurublar və onların bir azyaşlı qızları var. Bu, Fərid Eminovun ikinci evliliyidir və ilk evliliyindən iki oğlu var.