Rüfət Axundov efirdə göz yaşlarını saxlaya bilmədi
Müğənni Rüfət Axundov "İncə səhər" verilişində göz yaşlarını tutaraq mərhum dostu Azər Baxşəliyevi anıb. Mahnı ifa etdikdən sonra duyğusal anlar yaşayıb.
"İncə səhər" verilişində bu gün Azər Baxşəliyevin xatirəsinə xüsusi bir buraxılış keçirilib. Verilişin qonaqları mərhumun dostları və həmkarları olub. Müğənni Rüfət Axundov, "Kimlər gəldi" mahnısını ifa etdikdən sonra duyğusal anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Efirdəki bu anlar izləyiciləri dərindən təsirləndirib.