"Rəşid Behbudov "Nəsimi" filmində rol almağıma icazə vermədi" - Əməkdar artist
Əməkdar artist Rühəngiz Musəvi, məşhur "Nəsimi" filmi ilə bağlı yarımçıq qalan arzusundan danışıb. O, gənclik illərində filmdə rol almağa cəhd etsə də, böyük müğənni Rəşid Behbudovun maneəsi ilə qarşılaşıb.
Əməkdar artist Rühəngiz Musəvi, "Nəsimi" filmi ilə bağlı özünün yarımçıq qalmış arzusunu paylaşdı. Müğənni "El canlı" verilişində bildirib ki, 1972-ci ildə Mahnı Teatrında işləyərkən, Tofiq Quliyevin gecəsində iştirak edib və o zaman diktor Rafiq Hüseynov ona yaxınlaşaraq, "Nəsimi" filmi üçün Şəms obrazı üçün namizədin tapıldığını deyib. Bu təkliflə maraqlanan Rühəngiz Musəvi kinostudiyaya gedib və orada məşqlər edib. Lakin, layihənin davamı üçün Rəşid Behbudovdan icazə alması tələb olunub. Musəvi, həmin dövrdə Behbudovun yanında çalışdığını bildirib və onun ona kinoda çəkilmək qərarını qəbul etməyə mane olduğunu söyləyib. Rəşid Behbudov ona yalnız iki seçim təklif edib: "Ya oxumağını et, ya da kinoya çəkil. Mən də filmi seçdim".