Səhhətindəki problemə görə efirlərdən uzaq qaldı

Müğənni Bahar Lətifqızı iki illik fasilənin səbəbini açıqlayıb. Sənətçi səhhətində yaranan problemlərə görə əməliyyat olunduğunu və bu müddətdə efirlərdən uzaq qaldığını bildirib.

Səhhətindəki problemə görə efirlərdən uzaq qaldı
Bahar Lətifqızı
reklam

Müğənni Bahar Lətifqızı uzun müddət televiziya ekranlarında görünməməsinin səbəbini açıqlayıb. O, "Həmin Zaur" verilişində qonaq olarkən səhhətində yaranan problemlər səbəbindən əməliyyat olunduğunu və bu müddət ərzində efirlərdən uzaq qaldığını bildirib.

"Bu qədər müddət evdə idim, səhhətimdə problem var idi. Əməliyyat olundum, çətinliyim var idi. Şükür Allaha ki, bu gün ayaqdayam, sağalmışam. Allah istədi və sağaldım. Əsas odur ki, ölümdən qurtuldum", - deyə müğənni qeyd edib.

Lakin Bahar Lətifqızı hansı səbəbdən əməliyyat olunduğunu açıqlamayıb.