“Teymur Əmrah yerində söz deyib”

Müğənni Şəbnəm Tovuzlu, Əməkdar artist Teymur Əmrahın onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid olunmasına münasibət bildirib. O, sənətkarın sözlərinin yerində olduğunu və xalqın dəstəyi ilə irəlilədiyini vurğulayıb.

“Teymur Əmrah yerində söz deyib”
Şəbnəm Tovuzlu
reklam

Müğənni Şəbnəm Tovuzlu son günlər sosial mediada və televiziya verilişlərində Əməkdar artist Teymur Əmrahın onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid atəşinə tutulduğunu bildirib.

Şəbnəm Tovuzlu "Səhər görüşləri" verilişində çıxışı zamanı Teymur Əmrahın sözlərini dəstəklədiyini qeyd edib:

“Teymur Əmraha böyük hörmətim var. O, mənim haqqımda pis danışmayıb və dediyi sözlər də yerində olub. Mən Azərbaycan sənətçisiyəm və bizi xalq sevir. Xalqın sayəsində bu yerlərə gəlmişik. Olanı deyib ki, Şəbnəmin səsi var və oxuyur. Heç vaxt 'Şəbnəm sənətkardır' deməyib. Hər şeyin zamanı var, illər keçdikcə mən də o pilləyə yüksələcəyəm. Nə xoş mənə ki, belə bir sənətkar haqqımda xoş sözlər söyləyib. Əgər ifaçı canlı oxuyursa, tamaşaçı ona irad bildirməz, əksinə, 'əhsən' deyər.”

reklam
reklam