"W-Trio" İllər Sonra Bir Araya Gəldi-FOTOLAR
Bir zamanların məşhur musiqi qrupu "W-Trio"nun keçmiş üzvləri — Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova illər sonra eyni masa arxasında bir araya gəliblər.
İllərdir küsülü olan sənətçilər birlikdə vaxt keçirərək yemək yeyib, səmimi söhbətlər ediblər. O anlardan çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb və izləyicilər arasında böyük maraq doğurub.
Xatırladaq ki, 2006-cı ildə "W-Trio" qrupu fəaliyyətini dayandırıb. Qrupun dağılmasının əsas səbəbi üzvlərin fərdi karyeralarına fokuslanmaq qərarı olub. Bu görüş, onların dostluq münasibətlərində yeni bir səhifə açıldığı kimi dəyərləndirilir.