Həyat Yoldaşına Təşəkkürünü Belə Bildirdi
Əməkdar artist Elton Hüseynəliyev şəxsi həyatı ilə bağlı jesti ilə diqqət mərkəzinə düşüb. Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edən ifaçı səhnədə həyat yoldaşı Tamilla Hüseynəliyevaya təşəkkür edib və bu konserti ona həsr etdiyini bildirib. Müğənni, illər boyu ona göstərilən dəstəyin və sevginin onun üçün əvəzsiz olduğunu vurğulayıb.
