"Hadisələr bizi repressiyaya aparsa da, boyun əymirik"
Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə davam edən qalmaqaldan söz açıb. O, haqsızlığa boyun əymədiyini bildirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında yaşanan qalmaqal səngimək bilmir.
Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında yeni paylaşım edərək izləyicilərini "Şükriyyə" tamaşasına dəvət edib. Mehriban Xanlarova paylaşımında sənətdəki haqq mübarizəsinə toxunaraq bunları qeyd edib:
"Sizi 15 mart saat 19:00-da Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş olunacaq 'Şükriyyə' tamaşasına dəvət edirik! Bu tamaşada mən Zöhrə, tərəf müqabilim Münəvvər Əliyeva isə Şükrü obrazını canlandırır. Hadisələr bizi repressiyaya aparsa da, haqsızlığa boyun əymirik!"
Aktrisa vurğulayıb ki, yaratdıqları obrazlar təkcə səhnəyə aid deyil, real həyatda da eyni hissləri yaşayırlar:
"Teatrımızın bədii rəhbəri tərəfindən göstərilən haqsızlıqlara qarşı apardığımız haqq mübarizəsində Zöhrə və Şükrünün hisslərini, əzmini, sarsılmaz inancını öz ürəyimizdə daşıyırıq. Çünki sənət yalnız səhnədə deyil, gerçək həyatda da ədalət uğrunda mübarizə aparmaqdır!"
Qeyd edək ki, Mehriban Xanlarova ilə Mehriban Ələkbərzadə arasında bir müddətdir narazılıqlar yaşanır. Aktrisa teatr rəhbərliyi tərəfindən ona qarşı haqsızlıq edildiyini iddia edir.
admin Şub 13, 2025 0 428
AsimanFərzəliyeva Şub 9, 2025 0 21
AsimanFərzəliyeva Şub 23, 2025 0 16
AsimanFərzəliyeva Şub 1, 2025 0 11
AsimanFərzəliyeva Mar 16, 2025 0 2
AsimanFərzəliyeva Mar 16, 2025 0 1
AsimanFərzəliyeva Mar 16, 2025 0 1
AsimanFərzəliyeva Mar 16, 2025 0 2
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox