"İntihar həddinə çatmışdım"

Tanınmış müğənni Əbdül Xalid çətin günlərindən danışıb. O, insanlardan uzaqlaşaraq uzun müddət tək qaldığını və həyatının ən ağır dövrünü yaşadığını etiraf edib.

"İntihar həddinə çatmışdım"
Əbdül Xalid
reklam

Müğənni Əbdül Xalid çətin günlər keçirdiyini və intihar həddinə çatdığını etiraf edib. O, bu barədə "Maqazin Plus" verilişində danışıb.

"İnsanlardan bezmişdim, bir müddət Tovuza köçdüm. Bu barədə heç yerdə danışmamışam. 3-4 ay bir zirzəmidə tək yaşadım, ətrafımı və doğmalarımı daha yaxşı tanıdım. Kimin kim olduğunu çox yaxşı bildim. Allahıma minnətdaram ki, 40 yaşımda məni böyük bir çətinliklə sınağa çəkdi. "Heç vaxt bunlar etməz" dediyim insanlar mənə qarşı ən ağır zərbələri vurdu. Dost dediyim insanların heç biri yanımda olmadı. O anlarda sadəcə bir zəngə, arxalanacaq bir insana ehtiyacım var idi. Amma sanki hər kəs "sən batdın, sən öldün" deyirdi. Artıq bunu qəbullanmışdım," – deyə müğənni bildirib.

Əbdül Xalid yaşadığı stressin səhhətinə mənfi təsir etdiyini və məhz bu səbəbdən əməliyyat olunduğunu vurğulayıb. O, çətin günləri geridə qoyduğunu və həyatına yeni səhifə açdığını qeyd edib.

reklam
reklam