Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib?
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib?
Əməkdar artist Nüşabə Ələsgərli, "Səhnə adamı" layihəsində qonaq olarkən, İbrahim Tatlısəsi oğlunun toyuna dəvət etməsi barədə danışıb. Müğənni Tatlısəsin fanatı olduğunu və onunla Türkiyədəki dostları vasitəsilə əlaqə qurduğunu bildirib. Qonorarı açıqlamaq istəməyən sənətçi, bunun sirr olaraq qalacağını qeyd edib.
Əməkdar artist Nüşabə Ələsgərli "Səhnə adamı" adlı YouTube layihəsində qonaq olub. Sənətçi veriliş zamanı uğur qazanmaq üçün daim çalışmağın vacibliyindən danışıb:
"Kimsənin paxıllığını çəkmədim. Məndən yuxarıda ulduzlar da, imkanlılar da olub. Baxıb demişəm ki, nə yaxşı, mən də edim. Onun qabaqda olmağı məni çalışmağa məcbur edib. Onun ayağından dartsam xeyir tapacam? Yox. Ona Allah verib, onun işinə qarışmaram. Allahdan istəyirəm, əziyyət çəkirəm və mükafatını alıram. Qısqanmaq lazım deyil."
Müğənni oğlunun kiçik toyunda Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsi qonaq etməsi ilə bağlı sualı da cavablandırıb. O, Tatlısəsin fanatı olduğunu və müğənnini Türkiyədəki dostlarının köməyi ilə dəvət etdiyini bildirib.
"Arzum idi və gerçəkləşdirdim. Qonorar elə sirr olaraq da qalsın," – deyə Nüşabə Ələsgərli qeyd edib.