"Oğlumun 41 yaşı var, hələ də harda olduğunu soruşuram"

Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində qonaq olub. Aktrisa 41 yaşlı oğluna hələ də nəzarət etdiyini bildirib. O, uşaqlarla dost münasibətində olmağın vacibliyini vurğulayıb və nəvələri ilə də eyni qaydada davrandığını qeyd edib.

"Oğlumun 41 yaşı var, hələ də harda olduğunu soruşuram"
Afaq Bəşirqızı
reklam

Xalq artisti Afaq Bəşirqızı oğlu Səmral Təhməzov və nəvələri ilə bağlı maraqlı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, aktrisa "Şən gənc" verilişində "Siz də hər şeyi bilən, duyan analardansınız?" sualına cavab olaraq bunları deyib:

"Uşağın müəyyən yaşına qədər belə olur. Oğlumun 41 yaşı var, yenə də soruşuram: 'Hardasan? Harada oturmusan?' İndi də nəvələrim var. Biri az idi, ikisi də artıb. Uşaqla dost olmaq lazımdır. Qoy, etdiyi səhvi belə gəlib səninlə bölüşsün."

Qeyd edək ki, Afaq Bəşirqızının Səmral Təhməzov adlı bir oğlu, Bəşir və Əhmədpaşa adlı iki nəvəsi var.