"Sadəcə sənət yoldaşıyıq!"
Müğənni Nəfəs, küsülü olduğu duet ortağı Aqşin Fatehin həyat yoldaşına canlı efirdən müraciət edib. İfaçı, barələrində dolaşan söz-söhbətlərin əsassız olduğunu və onların yalnız iş münasibətində olduğunu vurğulayıb.
Müğənni Nəfəs "Rəngarəng səhər" proqramında maraqlı açıqlamalarla gündəmə gəlib. Küsülü olduğu duet ortağı Aqşin Fatehin həyat yoldaşına müraciət edən sənətçi, barələrində dolaşan şayiələrə aydınlıq gətirib. Nəfəs bildirib ki, Aqşin Fatehin həyat yoldaşı onların birlikdə duet oxumasına etiraz edib. Müğənni isə onunla yalnız sənət yoldaşı olduğunu vurğulayaraq bunları deyib: "Barəmizdə yayılan bütün söz-söhbətlər əsassızdır. Aqşinlə münasibətimiz yalnız iş çərçivəsindədir. O, sadəcə duet ortağımdır." Müğənni, yayılan söz-söhbətlərin sənət dostluqlarına xələl gətirməməsini arzuladığını qeyd edib. Daha ətraflı açıqlamalar üçün videonu izləyə bilərsiniz.