Xatirə İslama ərindən maraqlı ad günü hədiyyəsi - FOTO

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadənin ona ad günündə etdiyi hədiyyədən danışıb. Hədiyyə olaraq xaricdən gətirilən içkilər, Xatirə İslamın ad günü süfrəsinin diqqət mərkəzinə çevrilib.

Xatirə İslama ərindən maraqlı ad günü hədiyyəsi  - FOTO
Xatirə İslam
reklam

Müğənni Xatirə İslam, həyat yoldaşı Fəxrəddin Musazadənin ona ad günündə etdiyi maraqlı hədiyyədən bəhs edib.

Sənətçi, "Qonaqcanlı" verilişində, həyat yoldaşının ona necə unikal bir sürpriz hazırladığını danışıb. O bildirib ki, ad günündəki bütün içkiləri həyat yoldaşı xaricdən gətirib:

"Dedim ki, ad günümü qeyd edəcəyəm. Ondan əvvəl Avropada idik. Ad günümdə olan bütün içkiləri həyat yoldaşım hamısını xaricdən almışdı. Orada olanların heç birindən Azərbaycanda yox idi. Hamı soruşurdu ki, bunlar haradandır."

Qeyd edək ki, Xatirə və Fəxrəddin Musazadə cütlüyünün bir övladı var.