"Ərimin xəyanətini qəbul etdim və kənara çəkildim" –Aynur Dadaşova

Azərbaycanlı müğənni Aynur Dadaşova şəxsi həyatında üzləşdiyi çətinliklərdən və həyat yoldaşının xəyanətini necə qəbul etdiyindən danışıb. O, səkkiz il əvvəl ailəsinin dağıldığını və həyat yoldaşının başqasını sevdiyini öyrənəndə yaşadığı duyğuları səmimi şəkildə bölüşüb.

"Ərimin xəyanətini qəbul etdim və kənara çəkildim" –Aynur Dadaşova
Aynur Dadaşova
reklam

Azərbaycanlı müğənni Aynur Dadaşova həyat yoldaşının xəyanətindən sonra ayrılmaq qərarı verdiyini açıqlayıb. Müğənni bu barədə qonaq olduğu televiziya verilişində ürəkdən danışıb.

Səkkiz il əvvəl boşandığını bildirən Dadaşova belə deyib:
"Ərimin başqa birini sevdiyini dörd il əvvəl öyrəndim. Əvvəl inana bilmirdim, amma hər şeyə şahid oldum. Öz qulağımla eşidərək bütün danışıqları dinlədim. Sevgi nifrətə çevrildi. Mən hər şeyi anladıqda sudurqa tutmuşdu. Buna baxmayaraq, kənara çəkildim. Dedim ki, get xoşbəxt ol. İnsanlar öz xoşbəxtliyini tapanda niyə mane olmalıyam?"

O, başına gələnlərə baxmayaraq həyat yoldaşına qarşı pislik etmək istəmədiyini vurğulayıb:
"Mən xoşbəxt olmadım, amma ona xoşbəxtlik arzuladım. İndi özüm əziyyət çəkirəm, amma güclü şəkildə həyatımı davam etdirirəm."

Müğənni həyat yoldaşının başqa qadından övladı olub-olmadığı barədə heç bir məlumatı olmadığını və bu məsələnin artıq onu maraqlandırmadığını əlavə edib.