"Xalq artistləri sakit durublar, mən də susacağam"

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. O, bəzi sənətçilərin susmasının səbəblərini açıqlayaraq, özü də artıq susacağını bildirib.

"Xalq artistləri sakit durublar, mən də susacağam"
Hüseyn Məhəmmədoğlu
reklam

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. O, hər zaman bayağı mahnıları tənqid edən bir sənətçi olaraq, artıq susmağa qərar verdiyini bildirib.

Hüseyn Məhəmmədoğlu bildirib ki, həmişə doğru sözləri deməyə çalışıb, amma insanların bu sözləri qəbul etmək istəmədiklərini vurğulayıb: "Hərdən doğruları deyirəm, ancaq insanlar qəbul etmək istəmirlər. Ele bilirlər ki, bu paxıllıqdır. Allah şahiddir ki, məndə paxıllıq yoxdur. Belə düşünürəm ki, mən də susacağam."

O, əlavə edib ki, Xalq artistlərinin səslərini çıxarmadığına və sakit durduqlarına diqqət çəkib: "Deyim də nəyə görə, Xalq artistləri səslərini çıxarmırlar, sakit durublar. Ay fəxri ad sahibləri, axı siz danışmalısınız!"

Hüseyn Məhəmmədoğlunun bu çıxışı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.